9 yaşlı universitet tələbəsi: "Məqsədim insan ömrünü uzatmaqdır"


Digərləri 08 Dek 2019 11:34:00 149 0

9 yaşlı universitet tələbəsi: "Məqsədim insan ömrünü uzatmaqdır"

Belçika əsilli 9 yaşlı Laurent Simons ən gənc universitet məzunu olacaq.

Son.az APA-ya istinadən xəbər verir ki, xüsusi istedadı ilə hər kəsi təəccübləndirən Laurent ibtidai məktəbə 4 yaşında gedib.

Laurent Simons başqa şagirdlər kimi, ibtidai məktəbin birinci sinfini bir ilə tamamladı. Növbəti il ərzində isə o, sürət yığaraq, artıq altıncı sinfi bitirdi.

O, 6 yaşında ali məktəbə - Hollandiya Universitetinə daxil olub və nəzərdə tutulan 6 illik tədris proqramını cəmi 18 aya başa vurub.

Laurent həkim ailəsində doğulub. Özü də tibb üzrə təhsil alıb, doktoranturada oxumaq istəyir.

Dekabrın sonunda o, universitetin elektrik mühəndisliyi üzrə diploma sahib olacaq.

Lakin ixtisası üzrə elmi dərəcə almaq onun yeganə məqsədi deyil. Laurent süni orqanlar yaratmaq istəyində olduğunu deyir. O, texnologiyanın insana necə xidmət edə biləcəyi ilə maraqlanır. Diplom işinin mövzusu insan beyninə birləşən elektrik çiplə əlaqəlidir.