Gənc oğlanı toyda qanına qəltan etdilər


Digərləri 08 Dek 2019 11:09:00 101 0

Gənc oğlanı toyda qanına qəltan etdilər

Göygöldə bıçaqlanma hadisəsi baş verib.

Son.az APA-ya istinadən bildirir ki, hadisə rayondakı "Sultan Plaza" şadlıq sarayında qeydə alınıb.

Rayon sakini, 1993-cü il təvəllüdlü Cəfərov Elman Elşən oğlu döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə xəstəxanaya yerləşdirilib. O, dərhal əməliyyat olunub.

28 yaşlı xəstənin vəziyyətinin kafi olduğu bildirilir. E.Cəfərovun yaxınlarının sözlərinə görə, o, tanıdığı şəxs tərəfindən toy şənliyində bıçaqlanıb.

Faktla bağlı Göygöl Rayon Polis Şöbəsində araşdırma aparılır.

Son.az