Tanınmış aktyor sərxoş halda hava limanında dava saldı


Digərləri 08 Dek 2019 10:44:00 148 0

Tanınmış aktyor sərxoş halda hava limanında dava saldı

ABŞ-da hava limanında dava salan tanınmış aktyor Riçard Qrieso polis tərəfindən saxlanlıb.

Son.az Publika.az-a istinadən xəbər verir ki, hadisə Dallas aeroportunda baş verib. 54 yaşlı aktyor gömrük yxlaması zamanı növbədə olarkən mühafizəçilərlə və digər sərnişinlərlə mübahisə etməyə başlayıb. Ayaq üstdə çətinliklə dayanan aktyor əl-qol hərəkətləri etməyə, ona yaxınlaşanları vurmağa başlayıb. İnsidentin böyüdüyünü görən polis Qriesonu bölməyə aparıb.

Burada onun ağır dərəcəli sərxoş olması üzə çıxıb. Həmçinin aktyorun çantasınan xeyli psixatrop həblər çıxıb. Riçard Qrieso təyyarəyə minməyə qorxduğu üçün özü ilə sakitləşdirici götürdüyünü bildirib.