Ukraynada matəm elan olundu


Dünya 08 Dek 2019 10:14:00 141 0

Ukraynada matəm elan olundu

Odessada kollecdə baş verən yanğın nəticəsində ölənlərin sayı 8-ə çatıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Odessa vilayəti polisinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, dekabrın 4-də baş verən yanğının söndürülməsi zamanı xəsarət alan 1976-cı il təvəllüdlü xilasedicinin həyatını qurtarmaq mümkün olmayıb.

Daha səkkiz nəfərin taleyi isə naməlum olaraq qalır. Yanğın baş verən kollecdə itkin düşənlərin axtarışları davam edir. Yanğın nəticəsində 30-a yaxın insan xəsarət alıb.