Hindistanda fabrikdə baş verən yanğında 42 nəfər ölüb - YENİLƏNİB


Dünya 08 Dek 2019 09:15:00 157 0

Hindistanda fabrikdə baş verən yanğında 42 nəfər ölüb - YENİLƏNİB

​Hindistanda fabrikdə baş verən yanğında azı 42 nəfər ölüb

Hindistanın paytaxtı Dehlidə fabrikdə baş verən yanğında ölənlərin sayı 42 nəfərə çatıb.

"Report" xəbər verir ki, bu barədəANIagentliyi məlumat yayıb.

Bildirilir ki, yanğın fabrik binasının 55 kvadrat metrini əhatə edib.

Daha əvvəl yanğında 32 nəfərin həlak olduğu xəbər verilirdi.

***08:55

Hindistanın paytaxtı Dehlidə fabrikdə baş verən yanğında azı 32 nəfər ölüb.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə ANİ agentliyinə polisdən məlumat verilib.

Bildirilib ki, paytaxtın Anac Mandi küçəsində baş verən yanğında 32 nəfər ölüb.

Qeyd olunub ki, hazırda yanğın söndürülüb, axtarış işləri aparılır.

Yanğının başvermə səbəbi bilinmir.