Azərbaycanda səsküyün, titrəyişin çox olduğu şəraitdə işləyənlərin sayı çoxalıb


Digərləri 08 Dek 2019 09:04:00 137 0

Azərbaycanda səsküyün, titrəyişin çox olduğu şəraitdə işləyənlərin sayı çoxalıb

Azərbaycanda sənayedə sanitar-gigiyena normalarına cavab verməyən şəraitdə işləyənlərin sayı azalıb.

Son.az Trend-ə istinadən bildirir ki, 2016-cı ildə Azərbaycanda sənaye sahəsi üzrə 20 158 nəfər, 2017-cı ildə isə 21 042 nəfər, 2018-ci ildə 18902 sanitar-gigiyena normalarına cavab verməyən şəraitdə işləyib.

2016-cı ildə ölkədə 4215 nəfər tikinti sahəsi üzrə, 7913 nəfər nəqliyyat və anbar təsərrüfatı, 517 nəfər informasiya və rabitə, 2017-cı ildə isə Azərbaycanda sənaye sahəsi üzrə 21 042 nəfər, tikinti sahəsi üzrə 2173, nəqliyyat və anbar təsərrüfatı sahəsi üzrə 8339 nəfər, informasiya və rabitə sahəsi üzrə isə 464 nəfər sanitar-gigiyena normalarına cavab verməyən şəraitdə işləyib.

2018-ci ildə Azərbaycanda 1282 nəfər tikinti sahəsi üzrə, 5152 nəfər nəqliyyat və anbar təsərrüfatı sahəsi üzrə, 462 nəfər informasiya və rabitə sahəsi üzrə sanitar-gigiyena normalarına cavab verməyən şəraitdə çalışıb.

Sanitar-gigiyena normalarına cavab verməyən şəraitdə işləyənlərin çoxu kişilərdir.