Hindistanda fabrikdə baş verən yanğında azı 32 nəfər ölüb


Dünya 08 Dek 2019 08:55:39 152 0

Hindistanda fabrikdə baş verən yanğında azı 32 nəfər ölüb

​Hindistanda fabrikdə baş verən yanğında azı 32 nəfər ölüb

Hindistanın paytaxtı Dehlidə fabrikdə baş verən yanğında azı 32 nəfər ölüb.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə ANİ agentliyinə polisdən məlumat verilib.

Bildirilib ki, paytaxtın Anac Mandi küçəsində baş verən yanğında 32 nəfər ölüb.

Qeyd olunub ki, hazırda yanğın söndürülüb, axtarış işləri aparılır.

Yanğının başvermə səbəbi bilinmir.