İran uranın zənginləşdirilməsi üçün yeni sentrifuqalar təqdim edəcək


Digərləri 08 Dek 2019 06:28:31 144 0

İran uranın zənginləşdirilməsi üçün yeni sentrifuqalar təqdim edəcək

İran yaxın gələcəkdə uranın zənginləşdirilməsi üçün yeni nəsil sentrifuqalar təqdim edəcək

Bakı. İran yaxın gələcəkdə uranın zənginləşdirilməsi üçün yeni nəsil sentrifuqalar təqdim edəcək. Trend-in məlumatına görə, bu barədə "Reuters" agentliyi yerli televizayaya istinadən bildirib. İranın Atom Enerjisi Təşkilatı rəhbərinin müavini Əli Əsgər Zarean bildirib ki, yaxın gələcəkdə İran yeni nəsil yerli istehsalı olan sentrifuqalar təqdim edəcək.