Avropa birinciliyində ilk yarış günündə atletlərimiz qüvvəsini sınayıb (FOTO)


Digərləri 08 Dek 2019 05:12:53 154 0

Avropa birinciliyində ilk yarış günündə atletlərimiz qüvvəsini sınayıb (FOTO)

7-14 dekabr tarixlərində İsrailin Eylat şəhərində keçiriləcək 15 və 17 yaşa qədər yeniyetmələr arasında ağır atletika üzrə Avropa birinciliyinə start verilib

Bakı. 7-14 dekabr tarixlərində İsrailin Eylat şəhərində keçiriləcək 15 və 17 yaşa qədər yeniyetmələr arasında ağır atletika üzrə Avropa birinciliyinə start verilib. Azərbaycan Ağır Atletika Federasiyasından Trend-ə verilən məlumata görə, yarışda 37 ölkədən 498 idmançı (228 qız və 270 oğlan) iştirak edir. Onların arasında Azərbaycan yığmasının üzvləri də var. Arxada qalan ilk yarış günündə üç atletimiz qüvvəsini sınayıb. Körpücük üzərinə ilk olaraq yaşı 15-ə qədər olan qızlarda Aişə Əliyeva çıxıb. O, 40 kq çəki dərəcəsində qüvvəsini sınayıb. Atletimiz toplam 85 kq (36+49) nəticə ilə 6-cı yeri tutub.