Zəncirvari qəzada 11 məktəbli xəsarət aldı


Digərləri 08 Dek 2019 00:15:36 174 0

Zəncirvari qəzada 11 məktəbli xəsarət aldı

Rusiya Federasiyasının Nijni Novqorod şəhərində ağır yol qəzası baş verib

Bakı. Rusiya Federasiyasının Nijni Novqorod şəhərində ağır yol qəzası baş verib. Trend-in məlumatına görə, dörd avtomobilin toqquşması və onlardan birinin piyadanın üstünə çıxması nəticəsində 13 nəfər xəsarət alıb. Bildirilib ki, qəza zamanı səkidə bir qrup 9-cu sinif şagirdi olub. Onlar qrup şəklində teatra gedirmişlər. Ümumilikdə 11 yeniyetmə və onları müşayiət edən iki nəfər xəsarət alıb.