Ağızda ac dad nədən yaranır?


Digərləri 07 Dek 2019 23:40:00 206 0

Ağızda ac dad nədən yaranır?

Ağızda acı dad olmasından şikayətlənən insanlara hər birimiz rast gəlirik. Günün müxtəlif zamanlarda, ən çox da səhər saatlarında bu xoşagəlməz əlamət əhali arasında müxtəlif cür qiymətləndirilir. Bir çoxları bunu öd kisəsində daş olması ilə əlaqələndirirlər.

Həkim-qastroenteroloq Vüqar Rəsulov bildirib ki, ağızda acı dada bir çox insanlarda rast gəlinir. Bu xoşagəlməz halın səbəbləri arasında öd kisəsi xəstəlikləri, qaraciyərin fəaliyyətinin pozulmaları da var.

Bundan başqa, mədə fəaliyyətinin pozulması özünü ağızda acı dad, mədə nahiyəsində diskomfort, köp, iştahanın azalması kimi simptomlarla büruzə verə bilər.

Onun sözlərinə görə, bəzi dərman preparatlarının qəbulu da ağızda acı dad yaradır.