Teztez təkrarlanan baş ağrılarına


Digərləri 07 Dek 2019 23:22:00 169 0

Teztez təkrarlanan baş ağrılarına

Mütəxəssislər tez-tez təkrarlanan baş ağrılarını təhlükəli simptom kimi qiymətləndirir və belə insanlara həkimə müraciət etməyi tövsiyə edirlər .

Son.az medicina.az-a istinadən bildirir ki, adətən yuxudan oyandıqdan sonra insan özünü gümrah və dincəlmiş hiss edir. Lakin bəzən biz baş ağrısı ilə oyanırıq. Bunun səbəbi nə ola bilər?

Yuxusuzluq Yuxuya gec getmək, narahat yuxu, gecə yuxudan tez-tez oyanmaq kimi hallar səhər baş ağrılarının əsas səbəbidir.

Həddindən artıq yatmaq Bu da səhər baş ağrılarına səbəb ola bilər.

Narahat yastıq Çox böyük və ya çox kiçik yastıqda yatan insanın boyun fəqərələri damarları sıxa bilər ki, bunun nəticəsində beyinin qan dövranı pozulur və bu da səhər baş ağrılarına gətirib çıxardır. Yastıq insanın çiyni enində olmalıdır, baş yuxu zamanı nə önə, nə də arxaya əyilməməlidir.

Saçları uzun olan bəzi qadınlar yatmazdan əvvəl saçlarını yığır. Saçlar çox sıx yığılıbsa, bu da səhər baş ağrılarına səbəb ola bilər.

Yatmazdan əvvəl çoxlu yemək yemək.