Kəskin qaraciyər çatışmazlığı Əlamətləri,


Digərləri 07 Dek 2019 23:32:00 218 0

Kəskin qaraciyər çatışmazlığı  Əlamətləri,

Kəskin qaraciyər çatmazlığı əvvəllər qaraciyər xəstəliyi olmayan şəxsdə qısa bir müddət ərzində (bir neçə gün və həftə) qaraciyər funksiyalarının itməsinə deyilir. Xroniki qaraciyər çatışmazlığına nisbətən daha az rast gəlinir.

Son.az medicina.az-a istinadən bildirir ki, bu vəziyyətin çox ciddi ağırlaşmaları var ki, bunlara da qanaxma və kəllədaxili təzyiqin artması aiddir.Kəskin qaraciyər çatışmazlığı həyati təhlükəli vəziyyətdir, əgər xəstədə sarılıq, huşun qaralması, davranışın dəyişməsi ilə bərabər qarının yuxarı nahiyəsində ağrılar əmələ gəlirsə dərhal həkimə müraciət etmək lazımdır. ƏLAMƏTLƏRİ -Dəri və selikli qişaların saralması

-Qarının yuxarı sağ tərəfində ağrıların olması

-Qarında şişkinliyin əmələ gəlməsi

-Ürəkbulanma və qusma

-Ümumi zəiflik

-Huşun qarışması

-Yuxuculluq

Kəskin qaraciyər çatışmazlığında qaraciyər hüceyrələri əhəmiyyətli dərəcədə zədə görürlər və lazım olan funksiyanın yerinə yetirə bilmirlər.

SƏBƏBLƏRİ Bəzi təyin olunmuş dərmanlar Antibiotiklər, qıcolmaya qarşı olan dərmanlar, qeyri steroid iltihab əleyhinə olan dərmanlar kəskin qaraciyər çatışmazlığı törədə bilər. Bitki əlavələri - qaraciyər çatışmazlığı verən herbal dərmanlar, və əlavələrlə zəhərlənmə halları

Hepatit virusları Hepatit A, hepatit B və hepatit E kəskin qaraciyər çatışmazlığı verə bilər. Bunlardan başqa bəzi hallarda Epşteyn Barr, sitomeqalovirus və herpes virusu da kəskin qaraciyər çatışmazlığı verə bilər.

Toksinlər Müxtəlif zəhərli göbələklərin toksinləri, soyuducularda olan karbon tetraxlorid və s. maddələr səbəb ola bilər.