Təzyiqiniz aşağıdırsa bu üsullardan istifadə edin


Digərləri 07 Dek 2019 23:12:00 153 0

Təzyiqiniz aşağıdırsa bu üsullardan istifadə edin

Yüksək təzyiqlə müqayisədə aşağı təzyiq insan həyatına ciddi təhlükə yaratmır.

Son.az medicina.az-a istinadən bildirir ki, lakin təzyiqin kəskin şəkildə aşağı düşməsi insanın halının pisləşməsinə, başgicəllənməsinə, zəifliyə, halsızlığa, ağır vəziyyətdə bayılmaya səbəb ola bilər. Belə vəziyyətdə ev şəraitində bu kimi vasitələrdən istifadə edə bilərsiniz:

- Tünd qəhvə. Tərkibində olan kofein maddəsinə görə qəhvə tez bir zamanda aşağı təzyiqi qaldırır.

- Tünd çay. Çayın tərkibində də kofein var. Çay və ya qəhvə şirin olmalıdır

- Darçınla bal. 1 çimdik darçının üzərinə yarım stəkan isti su tökün, 1 çay qaşığı bal əlavə edin və için. Darçın da aşağı təzyiqi yaxşı normallaşdırır.

- Ən sadə üsul - dilinizin üzərinə 1 çimdik duz tökün və onu yavaş-yavaş sovurun.