Sağlamlıq və arıqlamaq üçün


Digərləri 07 Dek 2019 22:22:00 146 0

Sağlamlıq və arıqlamaq üçün

Sən demə, bəzi super faydalı qida məhsulları eyni anda iki funksiyanı yerinə yetirir. Onlar təkcə zahiri görünüşə müsbət təsir etmir, həm də arıqlamağa kömək edir.

Son.az qafqazinfo-ya istinadən həmin qida məhsullarını təqdim edir: Meyvələr Siz həmişə rasionunuza alma və ya üzüm salxımı daxil edə bilərsiniz. Onlar aclıq spazmlarını aradan qaldıracaq. Qida lifləri ilə zəngin olan alma və üzüm hətta şirniyyat həvəskarları üçün də uyğundur. Qreyfrut da yaxşı seçimdir. Lif və vitaminlərlə zəngin məhsul aşağı kalorisi ilə seçilir.

Qoz Əsas yeməklərin arasında aclıq hissi yarandıqda bir ovuc qoz yeyin. Badam arıqlamaq istəyənlər üçün ideal seçimdir. Onun tərkibində liflər, zülal və sağlam yağlar var. O, orqanizmdə toxluq hissini uzun müddət qoruyub saxlayır.

Bişmiş yumurta İki ədəd qaynadılmış yumurta uzun müddət toxluq hissi yaradır və çox yeməyə imkan vermir. Bu, artıq çəki ilə mübarizədə ideal qidadır.

Yoqurt Bu məhsul kalsium və zülalla zəngindir. Daha çox fayda almaq üçün yoqurta sellülozla zəngin meyvə və giləmeyvələr əlavə edin. O, sizi doyduracaq və aclıq spazmlarının öhtəsindən gələcək. Yoqurtun kalorisi az olduğundan artıq çəki almayacaqsınız.