BMW öndənçəkişli modellərin M versiyasını buraxmayacaq FOTO


Digərləri 07 Dek 2019 22:01:00 115 0

BMW öndənçəkişli modellərin M versiyasını buraxmayacaq  FOTO

Köndələn yerləşdirilmiş mühərrikə və ön ötürməsinə məxsus olan BMW modellərinin sayı günü-gündən artmaqdadır. Beş il bundan öncə ilk öndənçəkişli modellər olan 2 Series Active Tourer və Gran Tourer modelləri debüt ediblər. Bundan sonra kisənin ağzı açılıb - X1 və X2 krossoverləri, yeni 1 Seres və bir müddət bundan öncə işıq üzü görən 2 Series Gran Coupe modelləri debüt edib.

Lakin, "bərkgedən" avtomobillərin yaradılması ilə məşğul olan BMW M GmbH  bölməsi öndənçəkişli modellər ilə "işləməyə" tələsmir. Bu yaxınlarda CarAdive nəşrinə müsahibə verən bölmənin rəhbəri Markus Flaş da "köndələn" arxitekturalı M modellərinin olmayacağını bildirib.

Son.az autograph.az-a istinadən bildirir ki, bu platformada inşa edilmiş ən güclü modellər "kvaziemlər" olacaqdırlar. Bunlara misal olaraq, BMW M135i hetçbekini, M235i sedanını və X2 M35i krossoverini göstərmək olar: hər üç model 306 at qüvvəli 2,0-litrlik B48 turbomühərriki, 8-pilləli "avtomat" və arxa oxu birləşdirən tam ötürmə sistemi ilə təchiz edilir. Bölmə daha "qaynar" versiyaların yaradılmasından imtina edərək, əsl M modellərinin yalnız arxa və ya tam çəkişli klassik quruluşa malik olacaqları barədə qərar qəbul edib.