Nijnı Novqorod şəhərində avtomobil 13 piyadanı vurub


Dünya 07 Dek 2019 21:23:50 143 0

Nijnı Novqorod şəhərində avtomobil 13 piyadanı vurub

Rusiyanın Nijnı Novqorod şəhərində dörd avtomobilin toqquşması nəticəsində 13 nəfər yaralanıb, bir nəfər ölüb

Rusiyanın Nijnı Novqorod şəhərində dörd avtomobilin toqquşması 13 nəfərin xəsarət alması ilə nəticələnib.

“Report” “TASS”a istinadən xəbər verir ki, baş verən zəncirvari qəzada idarəetməni itirən avtomobillərdən biri yolun kənarında dayanan 9-cu sinif şagirdlərinin üzərinə sürüb. Nəticədə 11 yeniyetmə və onları teatra aparan iki şəxs xəsarət alıb.

Xəsarət alanların hamısı xəstəxanaya yerləşdirilib. Şəhərin səhiyyə xidmətindən verilən məlumata görə, şagirdlərdən ciddi xəsarət alan olmasa da onları müşayət edən şəxslərdən biri dünyasını dəyişib.Hazırda faktla bağlı araşdırma aparılır.