Göz soyuqdəyməsi: Bu əlamətlərə


Digərləri 07 Dek 2019 21:10:00 131 0

Göz soyuqdəyməsi: Bu əlamətlərə

Gözlərdə yaranan əsas narahatlıqlardan biri də "göz soyuqdəyməsi" dediyimiz, gözdən iltihab axması ilə müşayiət olunan haldır. Gözdə bu hal nədən yaranır və belə hallarda nə etmək lazımdır?  

Son.az e-tibb.az-a istinadən oftalmoloq, uzman həkim Fariz Sadıqovun bununla bağlı fikirlərini, tövsiyələrini təqdim edir:

Göz soyuqdəyməsi-gözün konyuktiva bölgəsində (göz kürəsi üzərindəki və göz qapağı içərisindəki) yaranan çirkdir. Bu çirk qızartıya, göz yaşına, qaşınmaya və ağrıya səbəb olur. Göz soyuqdəyməsinə eyni zamanda konyunktivit də deyilir.

Göz iltihabı hansı səbəblərdən yaranır?

Bir çox oftalmoloq həkimlər (göz baxımı və cərrahiyyəsi sahəsində ixtisaslaşmış həkimlər) böyük ehtimalla, göz soyuqdəyməsi termininin virusa bağlı olduğunu deyirlər. Konyunktivitin digər səbəbləri bakteriya, allergik reaksiya və kimyəvi qıcıq ola bilər.

Göz iltihabının əlamətləri necə olur?

İlk əlaməti gözün qızarması və yaşarmasıdır. Bəzən insan gözünə nə isə düşmüş kimi hiss edir özünü. Digər əlamətləri arasında isə bunlar yer alır:

- səhər oyanarkən göz qapaqlarının yapışıq olması

- sarı və ya yaşıl axıntının olması (əsasən bakteriyaya bağlı infeksiya)

- şəffaf bir mayenin gəlməsi (əsasən virusa bağlı infeksiya ya da allergik reaksiya)

- qaşınma, yanma və ya gözə qum dənəsi düşmüş kimi bir hiss (əsasən virusa bağlı infeksiya ya da allergik reaksiya).

- oxşar əlamətləri daşıyan bir ailə üzvü (birindən digərinə yoluxan infeksiya), yəni kimdənsə yoluxma

- parlaq işıqda gözün ağrıması (fotofobiya da deyilir)

- yaxın zamanda əgər ümumi bədənə soyuqdəymə olubsa (əsasən virusa bağlı infeksiya)

- limfa vəzilərində şişmə (əsasən virusa bağlı infeksiya)

- sidiyə gedərkən yanma ya da kişilərdə penisdən axıntı (nadir hallarda)