Bakıda 61 yaşlı qadın meyiti tapılıb


Digərləri 07 Dek 2019 21:08:28 105 0

Bakıda 61 yaşlı qadın meyiti tapılıb

Bakı şəhərinin Xətai rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb

Bakı. Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Xətai rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Nazirlikdən Trend-ə verilən məlumata gör, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1958-ci il təvəllüdlü Verxonostseva Svetlana Borisovnanın meyitini aidiyyəti üzrə təhvil veriblər.