Gündəlik idman bu qadınları sümük qırılmasından qoruyur


Digərləri 07 Dek 2019 20:55:00 131 0

Gündəlik idman bu qadınları sümük qırılmasından qoruyur

Menopauzaya girən qadınlarda hormonal dəyişikliklər səbəbindən sümük əriməsinin yarandığı çoxlarına məlumdur. Menopauzadan 5 il sonra bu riskin daha çox olduğu bildirilir.  

Son.az e-tibb.az-a istinadən bildirir ki, alimlərin apardığı yeni araşdırmaya görə, bu qadınlarda sümük əriməsi riskini azaltmaq mümkündür. ABŞ-da aparılan araşdırma nəticəsində məlum olub ki, mütəmadi, nizamlı şəkildə edilən idman menopauzaya girən qadınları sümük qırılmalarından qoruyur.

Gündəlik yüngül idman hərəkətləri edən qadınlarda etməyənlərlə müqayisədə sümük qırılmalarına daha az rast gəlindiyi aşkarlanıb.

ABŞ-da olan 40 tibb mərkəzi üzrə qeydiyyatda olan 50-79 yaş arası 77 mindən çox qadının 14 il müddətində izlənməsi nəticəsində belə qənaətə gəlinib.

Araşdırma zamanı qadınların idman edib-etmədikləri, gündəlik hərəkətli olub-olmadıqları, sümük qırılmaları ilə üzləşib-üzləşmədikləri öyrənilib.