Heyvadan öskürək əleyhinə belə istifadə edin


Digərləri 07 Dek 2019 20:50:00 323 0

Heyvadan öskürək əleyhinə belə istifadə edin

Payızın, soyuq ayların ən çox istifadə olunan meyvələrindən biri də heyvadır. Heyvanın faydaları çoxdur. Amma soyuq aylarda heyvadan ən çox öskürək əleyhinə təbii dərman kimi faydalanırlar.  

Son.az həkim-fitoterapevt Fizuli Hüseynovun bununla bağlı fikirlərini təqdim edir:

Heyvadan öskürək zamanı çox istifadə olunur. Əsasən də heyva tumlarının suda və ya süddə dəmlənməsindən. 1 ədəd heyvanın tumu 1 stəkan otaq temperaturunda olan su ilə qarışdırılır, 1 gün gözlənilir jele kimi olanda süzülür, yeməkdən əvvəl gündə 3 dəfə hər dəfə 2-3 xörək qaşığı içilir.

1 ədəd heyva tumunu 1 stəkan süddə 5 dəqiqə qaynadıb 8-10 saat gözlənilir, süzülür və gün ərzində yavaş-yavaş içilir.