Buxara vilayətinin nümayəndə heyəti Lənkəranda səfərdədir


Siyasət 07 Dek 2019 20:36:36 149 0

Buxara vilayətinin nümayəndə heyəti Lənkəranda səfərdədir

​Buxara vilayətinin nümayəndə heyəti Lənkəranda səfərdədir

Özbəkistan Respublikasının Buxara vilayətinin nümayəndə heyəti Lənkərana dostluq səfərinə gəlib.

“Report”un Cənub Mərkəzinin məlumatına görə, nümayəndə heyətinə Buxara vilayət hakiminin müavini Vahid Hiyezov, vilayət mədəniyyət idarəsi rəhbərinin müavini Qalibcon Barotov, vilayət Dövlət Filormoniyasının rəhbəri Rauf Avezov, Özbəkistan Nazirlər Kabineti yanında xarici ölkələrlə dostluq əlaqələri, millətlərarası münasibətlər üzrə Komitənin sədr müavini Firuz Bekov və Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinov daxildir.

Öncə nümayəndə heyətinin Lənkəran Şəhər İcra Hakimiyyətinin binası qarşısında qarşılanma mərasimi olub, daha sonra İcra başçısı Taleh Qaraşov və qonaqlar Heydər Əliyev Xatirə Parkında Ümummilli Liderin abidəsini ziyarət ediblər.

Qəbul zamanı qonaqları bir daha salamlayan İcra başçısı T. Qaraşov Azərbaycan və Özbəkistan xalqlarının tarixi dostluq əlaqələrindən danışıb. Ümummilli Lider Heydər Əliyevin və Özbəkistan Respublikasının dövlət rəhbərlərinin qarşılıqlı səmimi manasibətləri sayəsində bu dostluğun daim möhkəmləndiyi və bu gün də davam etdiyi xüsusi vurğulayıb.

İcra başçısı nümayəndə heyətinə Lənkəranın sosial-iqtisadi və mədəni həyatı, ölkə Prezidentinin diqqət və qayğısı ilə rayonda həyata keçirilən genişmiqyaslı quruculuq-abadlıq işləri, uğurla yerinə yetirilən infrastruktur layihələri barədə ətraflı məlumat verib.

Səmimi qəbula görə minnətdarlıq edən qonaqlar belə qarşılıqlı səfərlərin, mədəni mübadilələrin hər iki qardaş xalqı daha da yaxınlaşdıracağına və gələcək əməkdaşlıq üçün geniş perspektivlər açacağına əmin olduqlarını bildiriblər.

Səfər zamanı özbəkistanlı qonaqların iştirakı ilə Lənkəran şəhərində bir sıra mədəni-kütləvi tədbirlər, o cümlədən Heydər Əliyev Mərkəzində “Özbəkistan mədəniyyəti günü” nün açılışı, Buxara vilayəti Dövlət Filormoniyasının musiqi kollektivinin ifasında özbək mədəniyyəti və musiqisinə dair təqdimatı, Lənkəran şəhər Mədəniyyət Mərkəzində özbək suvenirləri və əl işlərindən ibarət sərgi keçirilib.

Səfər müddətində özbək qonaqlar Lənkəran şəhərinin görməli yerlərinə baş çəkməklə yanaşı, Lənkəran Dövlət Dram Teatrının, Lənkəran Dövlət Universitetinin, tarix-diyarşünaslıq müzeyinin, Xalça fabrikinin, Olimpiya İdman Kompleksinin, Hirkan Milli Parkının, İstisu Müalicə İstirahət Mərkəzinin və digər obyektlərin fəaliyyəti ilə yaxından tanış olublar.

Üç günlük səfər sabah başa çatacaq. Buxara vilayətinin nümayəndə heyəti Lənkəranı zəngin təəssüratla tərk edəcəklərini bildiriblər.

Şəkli yükləmək Şəklə tam ölçüdə baxmaq Arxiv şəklində yükləmək