Steyk və burgerlər ömrü qısaldır, xərçəng yaradır –


Digərləri 07 Dek 2019 20:12:00 105 0

Steyk və burgerlər ömrü qısaldır, xərçəng yaradır –

Çox miqdarda steyk və burqer yemək erkən ölümə, həmçinin prostat xərçənginə səbəb olur.

Son.az medicina.az-a istinadən bildirir ki, Kanada Universitetinin alimlərinin apardıqları tədqiqatlar nəticəsində məlum olub ki, yağlı və qızarmış ət prostat xərçənginə səbəb olan MYC genini aktivləşdirir.

Təcrübədə 319 nəfər prostat xərçəngi xəstəsinin həyat tərzi, qidalanması barədə informasiya toplanıb. Məlum olub ki, doymuş heyvani yağlar, fast-fud, burgerlə qidalananlar bu xəstəliyə 4 dəfə daha artıq yoluxur, daha erkən ölürlər, nəinki heç yeməyənlər.

Burger, steyk, pitsa yeyənlərin qanında MYC zülalı artmış olur, bu da xəstəliyi aqressivləşdirir. Vegeterian dietası saxlayanlarda isə bu zülal daha aşağı səviyyədə olur.