Coğrafiya İnstitutundan xəbərdarlıq: Xəzər suyunun temperaturunun yüksəlməsinin davam etməsi fəsadlar yarada bilər (ÖZƏL)


Digərləri 07 Dek 2019 20:15:00 126 0

Coğrafiya İnstitutundan xəbərdarlıq: Xəzər suyunun temperaturunun yüksəlməsinin davam etməsi fəsadlar yarada bilər (ÖZƏL)

Son illər ərzində Xəzər dənizinin səth suyunun temperaturu yüksəlib.

Bakı. İlhamə İsabalayeva – Son illər ərzində Xəzər dənizinin səth suyunun temperaturu yüksəlib. Temperaturun yüksəlməsinin davam etməsi dənizin ekosistemi üçün fəsadlar yarada bilər. Bu barədə Trend-ə AMEA-nın Coğrafiya İnstitutunun Xəzər dənizinin hidrometeorologiyası şöbəsindən məlumat veriblər. Bildirilib ki, 2001-2015-ci illər ərzində Xəzər dənizinin səth suyunun temperaturu 0.35 dərəcə selsi, ildə isə orta hesabla 0,023 dərəcə selsi artıb. Şöbənin apardığı tədqiqatların nəticələrinə görə, dənizdə temperaturun qalxıb-enməsi qeydə alınmalıdır. Amma Xəzərdə 15 il ərzində temperaturun enməsi deyil, ardıcıl olaraq, yalnız artımı müşahidə edilir: