Presov şəhərindəki yaşayış binasında partlayış olub


Dünya 07 Dek 2019 19:21:00 129 0

Presov şəhərindəki yaşayış binasında partlayış olub

Slovakiyanın şərqi Presov şəhərindəki yaşayış binasında qaz partlayışı 5 nəfərin ölümünə səbəb olub.

12 mərtəbəli binanın üst beş mərtəbəsində baş verən yanğın damın və daxili pilləkənlərin çökməsinə səbəb olub.

Son.az "Amerikanın səsi"nə istinadən bildirir ki, binanın tamamilə çökmə təhlükəsinə baxmayaraq, 85 nəfər yanğınsöndürən binanın daxilində qalaraq, yanğını söndürməyə çalışıb.

Şəhərin meri Andrea Turkanova təxminən yarım əsrdə 90 min əhalisi olan şəhərdə baş verən ən böyük faciədə çox sayda yaralının olduğunu deyib.