Angela Merkel Osventsim ölüm düşərgəsini ziyarət edib


Dünya 07 Dek 2019 19:22:00 142 0

Angela Merkel Osventsim ölüm düşərgəsini ziyarət edib

Almaniya kansleri Angela Merkel cümə günü Adolf Hitler rejiminin Avropaya vurduğu vəhşilikləri görmək üçün ilk dəfə Osventsim ölüm düşərgəsini ziyarət edib.

Son.az "Amerikanın səsi"nə istinadən bildirir ki, Merkel özü ilə 60 milyon avro (66,6 milyon dollar) ianə də aparıb. Bu pul hazırda muzey olan düşərgənin kazarma, gözətçi qüllələri və öldürülənlərin ayaqqabıları və çamadanları kimi şəxsi əşyalarının qorunub-saxlanması üçün ayrılan fonda veriləcək.

Düşərgə və orada olan əşyalar alman vəhşiliyinin sübutu və bəşəriyyətin pisliyə qadir olmasının ən qabarıq simvollarından biri kimi saxlanır. Lakin onlar zaman və kütləvi turizm səbəbindən xarab olur və uzun müddət qorunub-saxlanmaları üçün işlər tələb edir.

Bu məbləğ 10 il əvvəl Osventsim dövlət muzeyi tərəfindən təsis edilərkən Almaniyanın Auşvits fonduna ianə etdiyi 60 milyon avroya əlavə olunacaq.