Əfqanıstanın Qunduz əyalətində qanlı qarşıdurmalar olub


Dünya 07 Dek 2019 19:23:00 146 0

Əfqanıstanın Qunduz əyalətində qanlı qarşıdurmalar olub

Əfqanıstanın şimalında hökumətin təhlükəsizlik qüvvələri ilə Taliban arasında baş verən yeni bir qarşıdurma hər iki tərəfdən 20-yə yaxın döyüşçünün ölümünə səbəb olub.

Atışmalar üsyançıların zorakılıqlara səhnə olan Qunduz əyalətinin İmam Sahib mahalındakı bir neçə polis postuna hücumundan sonra başlayıb.

Son.az "Amerikanın səsi"nə istinadən bildirir ki, əyalət polisinin sözçüsü İnamuddin Rəhmani Amerikanın Səsinə deyib ki, qarşıdurmalar zamanı yerli komandir də daxil olmaqla, azı 9 polis işçisi ölüb və bir neçə nəfər yaralanıb. O, üsyançılar arasında da 11 nəfərin öldürüldüyünü deyib.

Taliban da öz növbəsində basqın zamanı hökumət qüvvələrindən 14 nəfərin öldürdüyünü və təhlükəsizlik postlarını ələ keçirdiyini iddia etdi. Qrup öz döyüşçüləri arasında itki olmadığını bildirib.