Çin bəzi ABŞ məhsullarına idxal tariflərini ləğv edəcək


Dünya 07 Dek 2019 19:18:00 123 0

Çin bəzi ABŞ məhsullarına idxal tariflərini ləğv edəcək

Cümə günü Çinin Maliyə Nazirliyi ölkə kabinetinin qərarına əsaslanaraq bildirib ki, ABŞ-dan bəzi soya paxlalarını və donuz əti idxalı tariflərindən imtina edəcək.

Nazirlikdən verilən bəyanatda deyilir ki, tarifdən imtina fərdi firmaların ABŞ-ın soya paxlaları və donuz əti idxalı ilə bağlı müraciətlərinə əsaslanıb. Onların sayı ilə bağlı dəqiq rəqəm açıqlanmır.

Son.az "Amerikanın səsi"nə istinadən bildirir ki, Çin ABŞ-ın intellektual mülkiyyətini Çin firmalarına ötürməsi və məcbur etməsi iddiaları ilə əlaqədar rəsmi Vaşinqtonun tətbiq etdiyi tariflərə qarşı bir tədbir olaraq 2018-ci ilin iyul ayında ABŞ-ın soya paxlaları və donuz ətinə 25% tarif tətbiq etmişdi.

Sözügedən qərar ABŞ və Çin arasında "birinci mərhələ" və ya iki ölkə arasındakı 17 aylıq ticarət müharibəsini ləğv etməkdən ötrü müvəqqəti saziş bağlamaq üçün aparılan danışıqlar zamanı verilib.