Tbilisidə YDM-də yanğın olub, xəsarət alanlar var


Dünya 07 Dek 2019 18:17:25 129 0

Tbilisidə YDM-də yanğın olub, xəsarət alanlar var

Tbilisidə, Pirosmani küçəsində yerləşən yanacaqdoldurma məntəqəsində (YDM) yanğın baş verib

Tbilisidə, Pirosmani küçəsində yerləşən yanacaqdoldurma məntəqəsində (YDM) yanğın baş verib.

"Report"un yerli bürosu xəbər verir ki, hadisə nəticəsində üç nəfər xəsarət alıb.

Əraziyə yeddi yanğınsöndürən maşın cəlb olunub. YDM-də yanğın söndürülüb.

Hadisə zamanı xəsarət alanların YDM əməkdaşları olduğu bildirilir.

Yanğının baş vermə səbəbi hələlik məlum deyil.