Çıxdı buz üstə qoçaq


Digərləri 07 Dek 2019 18:18:00 156 0

Çıxdı buz üstə qoçaq

Son iki ildə Azərbaycanda qış sərt keçməsə də, bu il "tilsim"in qırılacağı gözlənilir. Qış aylarında yağıntıların olması təbii olaraq yollarda nəqliyyat vasitələrinin hərəkətində problemlər yaradır. Yolların vaxtında qardan təmizlənməməsi, bu bağlamış yollara duz və qumun tökülməməsi və problemlər sadlanaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) günhlandırılır. Qurumun qışa hazır olmadığı iddia edilir.

Son.az bildirir ki, qurumun mətbuat katibi Anar Nəcəfli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, keçən ildən AAYDA ilk dəfə Bakı Şəhər İcra Hakimiyyəti ilə birlikdə tədbirlər planı hazırlanıb: "Keçən il Bakı şəhərinin mərkəzi küçələrinə Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən, Bakı şəhərinin əsas prospektləri, yolları və şəhərtrafı yolları isə agentlik tərəfindən nəzarətə götürüldü. Maşın-texnika və avadanlıqlar əraziyə gətirildi. Biz çalışdıq ki, problemlər yaşanmasın. Çünki bundan əvvəlki illərdə problemlər yaşanırdı. Bölgü aparılmasına baxmayaraq, hər hansı problem yaşanarsa, Bakı Şəhər İcra Hakimiyyəti öz texnikası və canlı qüvvəsi ilə bizə kömək edə bilər və yaxud, əksinə biz agentlik olaraq, Bakı Şəhər İcra Hakimiyyətinə kömək etməyə hazırıq".

Nəcəfli bildirib ki, bu il də bölgü qüvvədədir və bütün avadanlıqlar saz vəziyyətə gətirilib. Kifayət qədər duz ehtiyyatı toplanılıb. Ehtiyac yaranacağı təqdirə, müvafiq müqavilə ilə yenə duz alına bilər.

"Respublikamızın yollarında belə problem yarandığı təqdirdə AAYDA-nın məhdud məsuliyyətli cəmiyyətlərinin texnikaları da hazırdır. Bakıda qış özünü göstərməsə də, bölgələrimizdə kifayət qədər göstərir. Qar yağır. Düzdür, yollarda buzlaşma baş verməyib, amma bir neçə dəfə qar yağıb. Biz tam olaraq, yollarda hərəkətin təmin olunması istiqamətində işlər görmüşük", - o vurğulayıb.