ABŞın “USS Harry Truman” təyyarədaşıyanı Rusiya hərbi bazasına niyə yaxınlaşır?


Dünya 07 Dek 2019 18:06:00 114 0

ABŞın “USS Harry Truman” təyyarədaşıyanı Rusiya hərbi bazasına niyə yaxınlaşır?

ABŞ Hərbi Dəniz Qüvvələri Suriya sahillərinə özünün nəhəng "USS Harry Truman" təyyarədaşıyan gəmisini göndərib.

Son.az Virtualaz.org-a istinadən xəbər verir ki, təyyarədaşıyanın başçılıq etdiyi zərbə qruplaşması Hibraltar boğazını keçib və birbaşa Suriya sahillərinə, Rusiyanın hərbi bazasının yerləşdiyi Tartusa tərəf istiqamətlənib.

Hərbi ekspertlər təyyarədaşıyanın regiona İran və Suriyaya qarşı hansısa missiya ilə göndərildiyini istisna etmirlər.

Aviadaşıyıcı qrupun tərkibinə raket kreyseri və bir neçə esminets, "Tomoqavk" qanadlı raketləri ilə silahlanmış atom sualtı qayıq daxildir. Bəzi məlumatlara görə təyyarədaşıyan bir müddət Suriya sahillərində mövqe tutacaq, daha sonra Fars körfəzinə istiqamət alacaq və orada növbə çəkən "Abraham Lincoln" təyyarədaşıyanını əvəz edəcək.