Azərbaycanlı iş adamları Çelyabinskə səfər edəcək


İqtisadiyyat 07 Dek 2019 17:55:00 131 0

Azərbaycanlı iş adamları Çelyabinskə səfər edəcək

Dekabrın 12-13-də azərbaycanlı iş adamları Rusiyanın Çelyabinsk vilayətində səfərdə olacaq

Dekabrın 12-13-də azərbaycanlı iş adamlarıRusiyanın Çelyabinsk vilayətində səfərdə olacaq.

"Report" bu barədə Rusiya mətbuatına istinadən xəbər verir.

Məlumata görə, sahibkarlar bir sıra görüşlər keçirəcək, yerli müəssisələrə baş çəkəcəklər.

Xatırladaq ki, Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. 2018-ci ildə iki ölkə arasındaticarət dövriyyəsinin dəyəri 2017-ci illəmüqayisədə 19% artaraq 2,5 milyard ABŞ dollarına çatıb. Ötən il Rusiyanın Cənubi Qafqaz ölkələri ilə ümumi ticarət dövriyyəsinin 43%-i Azərbaycanın payına düşüb.