Evin üstünə qaya düşdü


Dünya 07 Dek 2019 17:30:00 143 0

Evin üstünə qaya düşdü

Türkiyənin Tunceli vilayətində qaya parçası dağdan qoparaq yaşayış evinə düşüb.

Son.az oxu.az-a istinadən xəbər verir ki, Yuxarıbudaq kəndində Suat Doğanın iki uşağı və arvadı ilə yaşadığı ev yararsız hala düşüb.

Hadisə baş verən zaman Dilək adlı ana və onun yeddi yaşlı oğlu evdə olub.

Xoşbəxtlikdən xəsarət alan olmayıb.