Tramp çağırış etdi:


Dünya 07 Dek 2019 17:48:00 120 0

Tramp çağırış etdi:

ABŞ Prezidenti Donald Tramp Dünya Bankının Çinə kredit verməsini dayandırmalı olduğunu deyib.

Son.az APA-ya istinadən xəbər verir ki, bu barədə Donald Tramp "Twitter" səhifəsində bildirib. 

"Niyə Dünya Bankı Çinə kredit verir? Bu, mümkün ola bilərmi? Çinin kifayət qədər pulu var və əgər olmasa belə, onlar bunu yaradır. Bunu dayandırın!", - deyə Donald Tramp qeyd edib.

Qeyd edək ki, bir ildən artıqdır Çin və ABŞ arasında ticarət sahəsində ciddi fikir ayrılığı davam edir. İki ölkə bir-birinə qarşı ticarət rüsumlarını artırıb.