Bitki çayları haqda bilmədiklərimiz


Digərləri 07 Dek 2019 16:24:00 149 0

Bitki çayları haqda bilmədiklərimiz

Bitki çayları qədim zamanlardan bəri insanların önəm verdiyi və təbiblərin məsləhət gördüyü içkilərdir.

Bir çox xəstəliyin müalicəsində köməkçi olaraq istifadə edilən bitkilər mütəxəssislə məsləhətləşmədən istifadə edilməməlidir.

Son.az Axşam.az-a istinadən bitki çaylarının növlərindən bəhs edəcək.

Yaşıl çay

Ən güclü antioksidantlardan biridir. Xərçəngin yaranmasının qarşısını alır, xolestrin miqdarını azaldır, ürək-damar sisteminə xeyirdir. Qan təzyiqini aşağı salır, dişlərin çürüməsinin qarşısını alır, diş əti xəstəliklərinə qarşı qalxan yaradır. Metobolizmanı sürətləndirir, arıqlamağa kömək edir və immuniteti gücləndirir.

Çobanyastığı çayı

Yuxusuzluqdan əziyyət çəkən insanlar üçün idealdır. Revmatizma, dəri xəstəlikləri, qastrit, bağırsaq iltihabı kimi xəstəliklərin müalicəsində köməkçi vasitədir. Çobanyastığı çayı stresi azaldır, mədə ağrısının qarşısını alır, əzələləri sakitləşdirir, diş əti xəstəlikləri ilə mübarizə aparır. Həmçinin ağıziçi iltihablarının müalicəsində də qarqara suyu olaraq istifadə edilə bilər.

Razyana çayı

Həzm problemi, mədə ağrısı, qaz və köp kimi narahatlıqlar zamanı istifadə edilə bilər. Xüsusilə də, süd verən analar üçün idealdır. Həm südü artırı, həm də körpədə qaz və köp yaranmasının qarşısını alır.

Gicitkən çayı