Asılılığın kökündə nə dayanır?


Digərləri 07 Dek 2019 16:42:00 139 0

Asılılığın kökündə nə dayanır?

Kanadalı həkim doktor Gabor Mate, asılılığın müalicəsini yenidən nəzərdən keçirib.

Asılılıq mütəxəssisi G.Mate və bestseller müəllif, Şimali Amerikanın ən çox narkotik istifadə edildiyi Vankoverin mərkəzi hissəsində narkotik asılılığı olan xəstələrlə psixoloji sağlamlıq sahəsində gördüyü işlərlə məşhurdur.

Son.az Lent.az-a istinadən xəbər verir ki, o, 2018-ci ildə gördüyü işə görə ölkəsində ən yüksək mükafat sayılan "Kanada" ordeni ilə təltif olunub.

Onun qənaətincə, istənilən asılılığın kökündə travma durur, amma "travmanı tanımağı barcamaq lazımdır".

Doktor Mate problemin başa düşülməməsinin beş səbəbinin olduğunu deyir:

"Ünsiyyətin az olması, təcridolunma, stress və emosional ağrı alkoqolizmə səbəb ola bilər. Asılılığa nəyin səbəb olduğunu bilmək üçün asılılığın faydalarına baxılmalıdır: bu sizə nə verir? İnsanlar adətən deyirlər: "Bu, məndə ağrını azaldır, stressdən qurtarır, mehribançılıq, nəzarətetmə, məna və həyat, yaşamaq hisslərini oyadır".

Başqa sözlə, asılılıq, insanın başqa yolla əldə edə bilmədiyi bəzi vacib ehtiyaclarını qarşılayır. Bu cür halların hamısı - münasibətlərin qıtlığı və ya təcrid olunma və ya həyatınızda çox stress keçirməyiniz - emosional ağrı növləridir.

Odur ki sual "Asılılığı yaradan nədir?" şəklində yox, "Ağrını yaradan nədir?" şəklində qoyulmalıdır. Asılılığı olanları nəzərdən keçirəndə aşkar edilir ki, uşaqlıqda keçirilən sıxıntılar nə qədər çox olursa, asılılığın yaranma riski də o qədər böyük olur.

Beləliklə, asılılıq həmişə travma və uşaqlıqda baş verən sıxıntılarla bağlı olur - bu, hər bir travma almış şəxsin asılılığının olacağı demək deyil, amma hər bir asılılığı olanın travma aldığını bildirir.

Narkotik asılılığının müalicəsi sərtlik, cəza tədbirləri və təcrid edilməkdən daha çox böyük şəfqət, yardım və mərhəmət tələb edir.

Əksər müalicə metodlarının tam uğursuzluğu fonunda gözləyirsən ki, sanki yuxudan ayılıb özümüzə sual verəcəyik: "Doğrudanmı bu cür halın səbəbini başa düşürük?"

Ancaq tibb dünyasında bu, çox vaxt baş vermir.

Biz bunun əsl təbiətinə insanın çəkdiyi əzaba reaksiya olması kimi baxmırıq.

Biz insanlara travmalarının öhdəsindən gəlməyə kömək etmirik. ABŞ-da tibbi təhsil alan tələbəyə emosional travma mövzusunda heç bir mühazirə oxunmur.

"Niyə bu gündəsən?" sualını verməkdənsə, "Sənə nə olub?" sualı verilməlidir.

Bütün hüquq sistemi insanın bilərəkdən narkomanlığı seçdiyi fikrinə əsaslanır, buna görə də başqalarının belə seçim etməsinə yol verməmək üçün onlar cəzalandırılır.

Heç kim səhər yuxudan oyanıb demir: "Arzum narkoman olmaqdır".

Narkomanlıq seçim deyil, emosional ağrıya cavabdır. Heç kim ağrı içində olmağı seçmir. Narkotik asılılığı genetik deyil.

Narkotik asılılığının ən böyük miflərindən biri də onun nəsillikcə keçməsidir.

Bəli, ailələrdə bu, baş verir. Amma aillərdə bunun baş verməsinin səbəbi nədir?