Azərbaycan Gimnastika Federasiyası bütün idman tədbirlərini mükəmməl təşkil edir


Digərləri 07 Dek 2019 16:49:30 155 0

Azərbaycan Gimnastika Federasiyası bütün idman tədbirlərini mükəmməl təşkil edir

Azərbaycan Gimnastika Federasiyasının Birinci estafet yarışları bütün iştirakçılara çoxlu əlvan və müsbət emosiya bağışladı.

Bakı. Cani Babayeva - Azərbaycan Gimnastika Federasiyasının Birinci estafet yarışları bütün iştirakçılara çoxlu əlvan və müsbət emosiya bağışladı. Bunu Trend-ə estafet yarışları bitdikdən sonra yarışın iştirakçısı, bədii gimnastika üzrə milli yığmanın üzvü Nərminə Səmədova və onun nənəsi Əzizə Səmədova deyib. Ə.Səmədova yarışlara qatılmağından danışıb: "Nəvəm valideynlərini estafetdə iştiraka dəvət etdi. Mən də bu barədə biləndə iştirakçıların sırasına daxil edilməmi istədim. Estafet əlamətdar bir hadisədir, yarışma çox xoşuma gəldi, özümü yenidən gənc hiss etdim. Ümid edirəm ki, estafet yarışlarının keçirilməsi yaxşı bir ənənəyə çevriləcək. Yalnız yaxşı təəssüratlar var, düşünürəm ki, gələcəkdə belə estafet yarışları keçirilsə, mən həmişə iştirakçılar arasında olacağam. Bu gün komandamın qələbəsinə ümid edirdim. Əvvəlcə ikinci yeri tutduq, amma yarışın sonunda dördüncü yerdə qərarlaşdıq. Ancaq necə deyərlər - əsas qələbə yox, yarışmaqdır!" Bakıda Milli Gimnastika Arenasında keçirilən beynəlxalq və yerli gimnastika turnirlərində tez-tez tamaşaçı kimi iştirak edən Ə.Səmədova burada yarışların hər zaman mükəmməl təşkil olunduğunu qeyd etdi: "Azərbaycan Gimnastika Federasiyası bütün idman tədbirlərini mükəmməl təşkil edir, onların təşkilatçılığı həmişə ən yüksək səviyyədə olur". N.Səmədova da estafetin onda çox xoş hislər yaratdığını vurğulayıb: