Ana 2 uşağını sobada diridiri yandıraraq öldürdü


Dünya 07 Dek 2019 16:33:00 136 0

Ana 2 uşağını sobada diridiri yandıraraq öldürdü

ABŞ-da dəhşətli qətl törədən anaya ölüm hökmü verilib. 

2017-ci ildə baş vermiş qorxunc hadisə ABŞ-ın Corciya ştatının Atlanta şəhərinin sakinlərini dəhşətə gətirmişdi. 

Qanun keşikçilərinin sözlərinə görə, amerikalı ana ərinə zəng vuraraq, videoçatda uşaqların yanmış bədənlərini göstərib. Ata dərhal polis çağırıb.

Son.az xarici mətbuata istinadla bildirir ki, ruhi xəstə olduğu bildirilən çoxuşaqlı ana 1 və 2 yaşlı oğullarını sobada diri-diri yandıraraq öldürüb. 

Polisdən cütlüyün daha iki uşağının olduğu və xoşbəxtlikdən onların zərər çəkmədiyi bildirilib.