Rusiya Ukrayna ilə qaz sazişi bağlamaq üçün şərtlərini açıqlayıb


İqtisadiyyat 07 Dek 2019 16:01:37 148 0

Rusiya Ukrayna ilə qaz sazişi bağlamaq üçün şərtlərini açıqlayıb

Dmitri Medvedev: "Belə olarsa, onda heç nə olmayacaq"

Rusiya hökumətinin başçısı Dmitri Medvedev rəsmi Kiyevin məhkəmə qərarları üçün ödənişlər tələb etməyi dayandırmayacağı halda, Rusiya və Ukraynanın qaz məsələsində razılığa gəlməyəcəyini söyləyib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, Rusiya baş naziri bu iki işin eyni anda olmasının mümkünsüzlüyünü diqqətə çatdırıb.

"Belə olarsa, onda heç nə olmayacaq", - D.Medvedev deyib.

Qeyd edək ki, Rusiya və Ukrayna arasında mövcud qaz tranziti sazişi 2019-cu ilin sonunda başa çatır, hazırda əməkdaşlığı davam etdirmək üçün danışıqlar aparılır.

Ukraynanın "Naftoqaz" şirkəti qaz tədarükündə mövcud olmuş "axsamalar"a görə Rusiyadan, təqribən, 4,6 milyard dollar alacağına ümid edir. Ödənişlərlə bağlı yeni iddialar Kiyev və Moskva arasında qaz tranziti ilə bağlı danışıqları təxirə salır.