100 il yaşamaq istəyirsiniz?


Digərləri 07 Dek 2019 15:54:00 127 0

100 il yaşamaq istəyirsiniz?

Dünyada bir neçə yüz insan 100 illik yubileyini bayram edib.

Azərbaycanda da yaşı 100-ü keçənlər az olmayıb və indi də belələrinə rast gəlmək mümkündür.

Son.az Lent.az-a istinadla bildirir ki, uzunömürlülərin sayını artırmaqdan ötrü mütəxəssislərin tövsiyələrinə əməl etmək vacibdir.

Karbohidratlar

Bu tövsiyəni yaponiyalı Nabi Tadzima verib. Qadının ötən il 117 yaşı tamam olub.

Məlum olduğu kimi, Yaponiya uzunömürlülərin sayına görə bütün ölkələr arasında liderdir. Bu ölkədə hazırda 61 mindən çox uzunömürlü yaşayır.

Nabi Tadzima düyü və dəniz məhsullarından yüksək səviyyədə pəhriz tövsiyə edir. Qəhvəyi düyü və "kompleks" karbohidratları seçmək vacibdir.

Məqsədlər

113 yaşlı Delfina Qibson hamını qarşısına məqsəd qoymağı tövsiyə edir. Qadın ABŞ-ın ən yaşlı sakinlərindən biridir.

Qarşına məqsəd qoymaq və onlara nail olmaq, ailə və iman, ona bu çağa qədər yaşamağa imkan verib.

Alimlər də söyləyirlər ki, yaşı 50-dən yuxarı olan insanların həyatdakı məqsədlərinin mövcudluğu bəzi amillərlə birbaşa əlaqəlidir. Bu amillər əhəmiyyətli dərəcədə ömür uzunluğuna təsir edir.

Nikbinlik

Avropanın 115 yaşlı sakini əmindir ki, bu qədər uzun müddət yaşamasına hər hansı hadisənin parlaq tərəflərini tapmağı bacarması imkan verib.

Qadın həmişə yanında olan adama kömək etməyə cəhd göstərib.

Musiqi

Çinli Alimixan Seyti söyləyir ki, məhz musiqiyə və rəqslərə sevgisi ona 131 il yaşamağa imkan verib.