KİV: Naməlum silahlı şəxslər Bağdadda 50 etirazçını güllələyib


Dünya 07 Dek 2019 15:47:38 141 0

KİV: Naməlum silahlı şəxslər Bağdadda 50 etirazçını güllələyib

"Al Arabiya": mülki avtomobillərdə olan bir qrup silahlı şəxs Əl-Hilani meydanına yaxınlaşaraq oradakı etirazçılara atəş açıblar

© AP

İraqın paytaxtı Bağdadda dünən gecə naməlum silahlı şəxslərin etirazçılara hücumu nəticəsində azı 50 nəfər ölüb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu məlumatı "Al Arabiya" telekanalı yayıb.

Qeyd olunur ki, mülki avtomobillərdə olan bir qrup silahlı şəxs Əl-Hilani meydanına yaxınlaşaraq oradakı etirazçılara atəş açıblar. Atışma bir neçə saat davam edib.

Hələlik bu təxribatın arxasında kimin dayandığı müəyyənləşdirilməyib, lakin məlumdur ki, dəfələrlə nümayişçilərə qarşı silah işlətməkdə ittiham olunan təhlükəsizlik qüvvələrinin bu işdə əli yoxdu.