Psixoloq: “Bullinqin təməli ailədən başlayır”


Digərləri 07 Dek 2019 15:36:00 219 0

Psixoloq: “Bullinqin təməli ailədən başlayır”

Son zamanlar dünyanın bütün ölkələrində təhsil müəssisələrində müşahidə olunan ən qabarıq problemlərdən biri təhsilalanların təzyiq və aqressiv davranışların hədəfi olmasıdır. Onlardan biri son vaxtlar leksikonda yer almış bullinqdir (bullying). İlk dəfə 1985-ci ildə Böyük Britaniyada işlədilən bu termin bu mövzuda ilk tədqiqat işləri üzə çıxdıqdan sonra XX əsrin əvvəllərində geniş istifadə olunub.

Bütün uşaqlar gec-tez bullinqlə rastlaşırlar: ya qurban, ya incidilən şəxs və ya şahid kimi, yəni həm onlayn, həm də reallıqda. Bütün bu rollar uşağın şəxsiyyətinə dağıdıcı təsir göstərir. Əgər siz öz həyatınızda heç vaxt digər, daha güclü və ya daha çox səlahiyyət sahibi olan insan tərəfindən sistematik təqib və ya başqa zorakılıq hiss etməyibsinizsə, belə görünə bilər ki, bullinq xırda məsələdir. Bununla belə, ABŞ  Təhsil  Departamentinin məruzəsinə əsasən, 12 yaşdan 18 yaşadək hər dörd uşaqdan biri son məktəb ili ərzində bullinqin qurbanı olub.  Ukraynada UNICEF üçün aparılmış tədqiqatlara əsasən, məktəblilərin 89%-i billinqlə rastlaşırlar. Qərb mənbələrinin məlumatına görə, 14 yaşa qədər şagirdlərin 50%-i məktəbdə təqiblərə məruz qalır. Yeniyetmə yaşında isə bu faiz dərəcəsi enir. Azərbaycanda da bir müddət öncə VIII sinif şagirdi Elina Hacıyevanın intihar etməsinə səbəb kimi məhz bullinq göstərilirdi.

Maraqlıdır, bullinq adlandırılan bu problemin təməli hardan qoyulur və çıxış yolu nədir?

Son.az bildirir ki, məsələ ilə bağlı Modern.az danışan psixoloq Gülər Məmmədova bullinqin təməlinin ailədə qoyulduğunu və valideynlərin bu problemə səbəb olmasını bildirib: