Sudan qoşunlarını Yəməndən çıxaracağını açıqlayıb


Dünya 07 Dek 2019 15:22:27 129 0

Sudan qoşunlarını Yəməndən çıxaracağını açıqlayıb

"Yəməndəki münaqişə hərbi yolla həll edilə bilməz"

Sudan Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi Ərəb koalisiyasının tərkibinə daxil olan və "Ənsərullah" hərəkatından olan üsyançı husilər ilə müharibə aparan hərbi kontingentini Yəməndən çıxaracaq.

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, bu barədə Sudanın baş naziri Abdulla Hamduk ABŞ-da keçirilən konfransda bildirib.

Baş nazir Sudanın beynəlxalq terrorizmə dəstək verən ölkələr siyahısından çıxarılmasını müzakirə etmək üçün ABŞ-a səfər edib.

Hökumət başçısı Sudan hərbi qüvvələrinin Yəmənə göndərilməsini öncəki rejimin mirası adlandırıb.

"Yəməndəki münaqişə hərbi yolla həll edilə bilməz. Problem siyasi yolla həll edilməlidir", - o deyib.

O, Yəməndə, təxminən, 5 min sudanlı hərbçinin qaldığını vurğulayıb.