Müsavat Partiyası parlament seçkilərində iştirak barədə qərar qəbul edib


Siyasət 07 Dek 2019 14:52:00 137 0

Müsavat Partiyası parlament seçkilərində iştirak barədə qərar qəbul edib

Müsavat Partiyası növbədənkənar parlament seçkilərində iştirak edəcək.

Son.az Trend-ə istinadən bildirir ki, bu gün Müsavat Partiyası Məclisinin növbədənkənar sessiyası keçirilib.

Müzakirələrdən sonra Müsavat Partiyasının parlament seçkilərində iştirak etməsi barədə qərar qəbul olunub.

Qeyd edək ki, Mərkəzi Seçki Komissiyası bu gündən növbədənkənar parlament seçkisi prosesinə start verib.

Azərbaycanda növbədənkənar parlament seçkiləri 2020-ci il fevralın 9-da keçiriləcək.