Omba əməliyyatı keçirən Xatun:


Şou-biznes 07 Dek 2019 14:34:00 467 0

Omba əməliyyatı keçirən Xatun:

Əməliyyatlara normal baxıram. Əməliyyatların nə dərəcədə uğurlu alınması, gözəl bədən quruluşuna sahib olmağına baxmayaraq, fəsadları da çox olur.

Bunu müğənni Xatun Əliyeva oxu.az-ın əməkdaşı ilə söhbətində deyib.

Sənətçi keçirdiyi omba əməliyyatından danışıb, gizlinləri ortalığa çıxarıb:

"Bu əməliyyat "kontur plastika" adlandırılır, yəni "bədən şəkilləndirməsi". Saatlarla idman zalında gedib, tər töksəm də, bir nəticə əldə edə bilmədim. Heç buna zamanım da yoxdur. Masajlara da gedə bilmədim.

Birdəfəlik nöqtə qoymaq üçün cərrah masasına uzanıb, məni kompleksə salan problemlərdən qurtuldum. Üstəlik, əməliyyat pulsuz olanda qaça-qaça getdim (gülür). Pulsuz olan şeyə kim razılıq verməz ki? Hər gün gedərlər..."

Cərrah bıçağı altına uzanıb, plastik əməliyyat etdirməyə nə ehtiyac var idi? sualına xanım müğənni bu cür reaksiya verdi:

"İnsan hərdən özünü güzgüdə görməkdən belə bezir. Dəyişməyi sevən insanlar dəyişmək üçün plastik və estetik əməliyyatlara baş vururlar. Bu da, məncə, bizim göz önündə olmağımızdan, qocalmaq qorxumuzdan, hər zaman gümrah, gözəl qalmağımızdan irəli gəlir. Sonuncu əməliyyatdan sonra məndə "panik atak" yaranıb. Bir-iki il zaman keçməlidir ki, yenidən plastik və estetik əməliyyat etdirim".

Müğənni Roza Zərgərlinin bir müddət öncə Oxu.Az-a müsahibəsində "Müğənnilər plastik əməliyyat etdirirlər ki, mənə bənzəsinlər" sözünə Xatun "Roza xanım o sözləri mənə ünvanlaya bilməz" deyib, fikirlərini bu cür izah etdi: