“Chevrolet” traktor təkəri ilə toqquşdu:


Dünya 07 Dek 2019 14:39:00 135 0

“Chevrolet” traktor təkəri ilə toqquşdu:

Rusiyada traktor təkərinin minik avtomobilinə çırpılma görüntüləri təhlükəsizlik kamerasına düşüb.

Son.az avtosfer.az-a istinadən xəbər verir ki, insident Belqorodsk əyalətində qeydə alınıb.

Kadrlarda, traktorun hərəkətdə olduğu sonra isə anidən arxa təkərinin çıxdığı və qarşı zolaqdan gələn "Chevrolet Lanos" markalı avtomobilin ön şüşəsinə çırpıldığı görülür.

Yerli medianın məlumatına görə, qəza nəticəsində avtomobil sürücüsünü burnu sınıb, sərnişin qismində olan oğlu isə yüngül sıyrıqlar alıb.