Müsavat Partiyası parlament seçkilərində iştirak barədə qərar qəbul edib


Digərləri 07 Dek 2019 14:32:00 112 0

Müsavat Partiyası parlament seçkilərində iştirak barədə qərar qəbul edib

Müsavat Partiyası 2020-ci il fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak edəcək.

Bakı. Müsavat Partiyası növbədənkənar parlament seçkilərində iştirak edəcək. Trend-in məlumatına görə, bu gün Müsavat Partiyası Məclisinin növbədənkənar sessiyası keçirilib. Müzakirələrdən sonra Müsavat Partiyasının parlament seçkilərində iştirak etməsi barədə qərar qəbul olunub. Qeyd edək ki, Mərkəzi Seçki Komissiyası bu gündən növbədənkənar parlament seçkisi prosesinə start verib. Azərbaycanda növbədənkənar parlament seçkiləri 2020-ci il fevralın 9-da keçiriləcək. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin