Azərbaycan və Polşa hərbi hüquq ekspertləri arasında görüş keçirilib


Digərləri 07 Dek 2019 14:18:50 133 0

Azərbaycan və Polşa hərbi hüquq ekspertləri arasında görüş keçirilib

Azərbaycan və Polşa Müdafiə Nazirlikləri arasında imzalanmış illik hərbi əməkdaşlıq planına əsasən Bakıda iki ölkənin hərbi hüquq üzrə ekspertlərinin işçi görüşü keçirilib.

Bakı. Azərbaycan Respublikası və Polşa Respublikası Müdafiə Nazirlikləri arasında imzalanmış illik hərbi əməkdaşlıq planına əsasən Bakıda iki ölkənin hərbi hüquq üzrə ekspertlərinin işçi görüşü keçirilib. Bu barədə Trend Müdafiə Nazirliyinə istinadən xəbər verir. Tədbirdə hüquq xidmətinin təşkili məsələləri, hərbi qanunvericilik və hərbi hüquqşünasların xidməti fəaliyyəti sahəsində qazanılan təcrübəyə dair qarşılıqlı fikir mübadiləsi aparılıb, hərbi qulluqçuların və onların ailə üzvlərinin sosial-hüquqi müdafiəsinin xüsusiyyətləri, eləcə də bir sıra digər məsələlər müzakirə olunub. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin