Bakı metrosunda keçmiş məhkum qadının telefonunu oğurlayıb


Sosial 07 Dek 2019 13:58:25 155 0

Bakı metrosunda keçmiş məhkum qadının telefonunu oğurlayıb

Bakı metrosunun&platformasında keçmiş məhkum qadının&mobil telefonu oğurlayıb.

Bakı metrosununplatformasında keçmiş məhkum qadınınmobil telefonunu oğurlayıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, dekabrın 6-da metronun “Elmlər Akademiyası” stansiyasının platformasında Bakı şəhər sakini olan bir qadının mobil telefonu oğurlanıb.

Metropolitendə Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş C.Mirzəyev saxlanılıb.