Bağdadda naməlum silahlılar azı 16 aksiya iştirakçısını öldürüb
Dünya 07 Dek 2019 13:54:00 139 0
Bağdadda naməlum silahlıların etirazçılara qarşı silahlı hücumu nəticəsində azı 16 aksiya iştirakçısı ölüb, 30-dan çox insan isə yaralanıb.
Son.az APA-ya istinadən xəbər verir ki, bu barədə cümə günü "Al Arabiya" məlumat yayıb.
Məlumata görə, mülki avtomobillərdə olan bir qrup silahlı şəxs Əl-Hilyani meydanına qədər gələrək oradakı etirazçılara atəş açıblar. Rəsmi mənbələr 7 nəfərin öldüyünü və 30-a yaxın yaralının olduğunu bildirib. Təxribatın arxasında kimin dayandığı hələlik məlum deyil.
"Al Arabiya"nın məlumatına görə, etirazçılar ordunu baş verənlərə müdaxiləyə və onları müdafiə etməyə çağırıb.
Mənbə: milli.az